Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2025 10:54
Ukrayna şübhəsiz sülh tərəfdarıdır. Rusiya Prezidenti Vladimir Putin isə atəşkəsi gecikdirməyə çalışır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib.
Dünya ölkələrini atəşkəsə çağıran Starmer bildirib ki, dünya hərəkətə keçməlidir:
"Boş söz və şərtləri buraxın. Mesajım aydındır, tez və ya gec Putin masaya oturmalı olacaq".
Starmer bildirib ki, Putini yenidən hücumdan çəkindirmək üçün ABŞ-ın dəstəyindən başqa alternativ yoxdur:
"ABŞ-la birlikdə hərəkət etmək lazımdır. Biz hər gün ABŞ-la əlaqə saxlayırıq".