Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milorad Dodik həbs oluna bilər

Milorad Dodik həbs oluna bilər

Tarix: 16 Mart 2025 18:45

"Aİ hərbi kontingenti (EUFOR) martın 15-nə keçən gecə Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının prezidenti Milorad Dodiki yaxalaya bilər".

Sonxeber.net xəbər verir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandar Vulin bildirib.

"Qərb kəşfiyyat xidmətlərinin vətəndaş müharibəsi yaratmaq planı bu gün həyata keçirilərsə, o zaman məhkəmə tərəfindən verilən order əsasında bu gecə Banya Lukada Dodikin həbsinə cəhd ediləcək" - o deyib.

Onun sözlərinə görə, bu cəhd EUFOR və ya hərbiləşdirilmiş qüvvələr tərəfindən həyata keçirilə bilər.

Qeyd edək ki, 26 fevral 2025-ci ildə Bosniya və Herseqovina məhkəməsi Dodiki beynəlxalq ictimaiyyətin ölkədəki ali nümayəndəsi Kristian Şmidtin qərarlarını görməməzlikdən gəldiyinə görə bir il həbs cəzasına və altı il müddətinə siyasi fəaliyyətdən uzaqlaşdırılmağa məhkum edib.

Dodik məhkəmənin onun həbs edilməsi barədə qərarına baxmayaraq, ölkəni tərk etmək fikrində olmadığını bildirib.

Dodikin saxlanılması ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər. /Teleqraf


Etiketlər:  Milorad Dodik həbs oluna bilər


RƏYLƏR