Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2025 15:48
Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etməyib.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"lə keçirilən oyunda qırmızı vərəqə alan Bassalu Sambunya verilən 2 oyunluq cəza qüvvədə saxlanılıb.
Həmçinin klubun 1500 manatlıq cəriməsində də dəyişiklik olmayıb.
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü paytaxt klubuna izah edilib.