Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa səfirini “kar olmamağa” çağırdı

Fransa səfirini “kar olmamağa” çağırdı

Tarix: 20 Mart 2025 14:45

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Fransanın bu ölkədəki səfirini "kar olmamağa" çağırıb.

Sonxeber.net bildirir ki,  Papuaşvili Fransa səfirliyinin dəstəklədiyi QHT rəhbərinin nifrət dilindən istifadə etdiyini, səfirin bu məsələdə mövqeyini aydınlaşdırmalı olduğunu qeyd edib.

"Bir neçə gün əvvəl Fransanın Gürcüstandakı səfirinin dəstəklədiyi "Safari" qeyri-hökumət təşkilatının rəhbəri Gürcüstanın xarici işlər nazirinin ünvanına təhqiramiz ifadələr işlədib. Sonra mən açıq şəkildə səfirə müraciət etdim ki, mövqeyini aydınlaşdırsın. Səfir bu məsuliyyətdən yayındı. Məhz səfirin biganəliyinin nəticəsidir ki, bu dəfə nifrət çıxışının hədəfi İctimai Yayım Xidmətinin jurnalistidir. Bu cür nifrət təbii ki, hər hansı radikal fəalın zədələnmiş emosional vəziyyətinin ifadəsi deyil. Onun konkret vəzifəsi var, məqsəd hədəfə alınan jurnalisti qorxutmaq, sıxışdırmaqdır. Görək Fransa səfiri bu dəfə necə davranacaq. Dəstəklədiyi insanı alçaldıcı davranışlardan çəkinməyə çağıracaq yoxsa kar olmaqla yeni bir nifrət hərəkətinə təşviq edəcək" - deyə Şalva Papuaşvili yazıb. /Apa


Etiketlər:  Fransa səfirini olmamağa çağırdı


RƏYLƏR