Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putindən Əhməd əl-Şaraya ismarış

Putindən Əhməd əl-Şaraya ismarış

Tarix: 20 Mart 2025 17:42

Rusiya prezidenti Vladimir Putin Suriya lideri Əhməd əl-Şaraya müraciət göndərib.

Sonxeber.net xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin müraciətdə Moskvanın Suriya hakimiyyəti ilə bütün ikitərəfli gündəm üzrə praktiki əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib.

"Rusiya prezidenti Vladimir Putin Suriya dövlətinin başçısı Əhməd əl-Şaraya müraciət göndərib və bu müraciətdə o, Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünün təmin edilməsi maraqları naminə ölkədə vəziyyətin tez bir zamanda sabitləşdirilməsi səylərini dəstəkləyib", - Kreml sözçüsü qeyd edib.


Etiketlər:  Putindən Əhməd Şaraya ismarış


RƏYLƏR