Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yalan söhbətdir, uşağı yedirib-içirib çıxmışam” - yenilənib - FOTO

“Yalan söhbətdir, uşağı yedirib-içirib çıxmışam” - yenilənib - FOTO

Tarix: 21 Mart 2025 22:38

22:36

Xəbər verdiyimiz kimi, Tovuzda uzun müddət evdə tək qalan körpə aşkarlanıb.

Sonxeber.net "Baku TV"yə istinadən xəbər verir ki, hadisə körpənin anası - Göygöl rayon sakini 39 yaşlı Aygün Qədimovanın kirayə qaldığı mənzildə qeydə alınıb.

"Mən işləmirəm, evdə oluram. Ayın 17-si saat 11-dən sonra evdən çıxmışam. Axşam saatlarında zəng gəldi ki, xəstəxanadadır. Şəklini çəkib atmışdılar. Uşağı yedirdib-içirib elə çıxmışam evdən. Ev sahibi evdə olub. İddiaları qəbul etmirəm, 4 gün deyil. Kim nə deyirsə, yalan söhbətdir. Yoldaşımla rəsmi nikahım yoxdur. Başqa nikahdan iki qızım var, bu, oğlandır. Qızlarım Göygöldə bibimgilin yanındadır", - Aygün Qədimova deyib.  

Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqin Qasımov isə bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə rayon ərazisindəki mənzillərdən birində azyaşlı uşağın uzun müddət valideyn nəzarətindən kənarda və qapalı qapı arxasında qalması barədə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları həmin ünvanı müəyyənləşdirib və baxış keçirib. Bu zaman 1 yaş 2 aylıq körpənin gün ərzində uzun müddət valideyn nəzarətindən kənarda qalması müəyyən olunub. Polis əməkdaşları həmin körpəni dərhal ixtisaslaşmış xəstəxanaya aparıb. Müayinə zamanı onun hər hansı həyati təhlükəsinin olmadığı müəyyən edilib. Uşağın anası müəyyən olunub. Hazırda araşdırmalar davam etdirilir".

-------------
15:15

"Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb, hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək".

Sonxeber.net xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Tovuz rayonunda evdə tək qalan azyaşlı körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,Tovuz Rayon İcra Hakimiyyəti və DİN-nin rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb.

"Komitə tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib.

Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.

Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək", - Komitənin məlumatında qeyd edilib.

Xatırladaq ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.


Etiketlər:  Yalan söhbətdir uşağı yedirib içirib çıxmışam yenilənib FOTO


RƏYLƏR