Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

Tarix: 21 Mart 2025 22:51

Ermənistan baş naziri Nikol Paşinyan şərti sərhəddə atəşkəsin pozulması fonunda iki ölkə arasında münasibətlərin gərginləşməsi üçün əsas olmadığını bildirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.

"Eskalasiyanın əsasları olmalıdır. Bizim regionda bu gün gərginləşmə üçün heç bir əsas yoxdur. Nəticə etibarilə, növbəti mərhələ sülh müqaviləsinin imzalanması və həyata keçirilməsi olmalıdır", - Paşinyan qeyd edib.

Baş nazir həmçinin qeyd edib ki, Avropa İttifaqının (Aİ) müşahidəçiləri Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanana qədər sərhəddə qala bilər.


Etiketlər:  Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı


RƏYLƏR