Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Twitter”in loqosu hərracda bu qiymətə satıldı

“Twitter”in loqosu hərracda  bu qiymətə satıldı

Tarix: 22 Mart 2025 08:48

Tanınmış iş adamı İlon Mask tərəfindən alındıqdan sonra şirkətin San-Fransiskodakı baş ofisindən çıxarılan "Twitter"in mavi quş şəklindəki loqosu hərracda təxminən 35 min dollara satılıb.

Sonxeber.net xəbər verir ki, bu haqda "Associated Press" agentliyi məlumat verib.

Məlumata görə nadir və kolleksiya əşyaları üzrə ixtisaslaşan "RR Auction" hərrac evi 254 kq ağırlığı, 3,7 - 2,7 m ölçüyə sahib lövhənin 34 375 dollara satıldığını açıqlayıb.

Qeyd edək ki, Musk bundan əvvəl "Twitter"in keçmiş ofisindən digər əşyaları, o cümlədən lövhələr, mallar, həmçinin mətbəx avadanlığı və ofis mebellərini hərraca çıxarmışdı.


Etiketlər:  Twitterin loqosu hərracda qiymətə satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ