Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu olsa, Ronaldo Corcina ilə evlənəcək

Bu olsa, Ronaldo Corcina ilə evlənəcək

Tarix: 22 Mart 2025 18:12

"Qızıl top"un beşqa qalibi Kriştiano Ronaldo Corcina Rodrigeslə evlənmək üçün mükəmməl anı gözlədiyini açıqlayıb.

Sonxeber.net xəbər verir ki, Ronaldo "Netflix" realiti-şousunda "I Am Georgina"da deyib.

40 yaşlı futbolçu ilə 31 yaşlı model 2016-cı ildən birlikdədir. Onların yeddi yaşlı Alana və iki yaşlı Bella adlı iki qızı var. Corcina portuqaliyalının üç övladını da böyüdür.

"Mən həmişə ona deyirəm ki, biz bu anı hiss etdikdə rəsmi evlilik olacaq.

Həyatımızdakı hər şeydə olduğu kimi və o, mənim nə dediyimi başa düşür. Bu, bir ildən, altı aydan və hətta bir aydan sonra baş verə bilər, amma bunun baş verəcəyinə 1000% əminəm", - Ronaldo deyib. /Publika.az


Etiketlər:  olsa Ronaldo Corcina ilə evlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ