Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Filmin adının məzar daşıma həkk olunacağına ümid edirəm''

''Filmin adının məzar daşıma həkk olunacağına ümid edirəm''

Tarix: 23 Mart 2025 10:30

"Yaramaz qızlar"(Mean Girls) filminin ulduzu Amanda Seyfrid ümid edir ki, fanatlar onun ölümündən sonra belə bu məşhur komediyanı xatırlayacaqlar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu aktrisa "Happy Sad Confused" podkastının yeni buraxılışında deyib.

"Ümid edirəm ki, bu filmin adı məzar daşıma həkk olunacaq. İnsanlar hələ də bu filmdə özlərini görürlər. O, bizi bir vaxtlar birləşdirdi və bu gün də birləşdirir. Mən həmişə bu filmi xatırlamaqdan şad oluram", - Hollivud ulduzu bildirib.

Qeyd edək ki, Seyfrid kinoda debütünü məhz 2004-cü ildə "Yaramaz qızlar" filmində edib. Film dərhal yeniyetmə kinosunun klassikasına çevrilib və sitatları aforizmlər kimi yayılıb.


Etiketlər:  Filmin adının məzar daşıma həkk olunacağına ümid edirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ