Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lukaşenko: Bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

Lukaşenko: Bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

Tarix: 25 Mart 2025 11:15

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Sonxeber.net xəbər verir ki, Belarus Prezidenti məktubunda bildirib: "Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək".

Aleksandr Lukaşenko bu əlamətdar bayram günündə dövlətimizin başçısına möhkəm cansağlığı və planlarının uğurla həyata keçməsində uğurlar, ölkəmizin əhalisinə sülh və əmin-amanlıq arzulayıb.


Etiketlər:  Lukaşenko ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra genişlənməsinə kömək edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ