Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2025 13:32
Niderlandın PSV klubunun hücumçusu Lukas Peres ağır xəstəliyə yoluxub.
Sonxeber.net xəbər verir ki, ispaniyalı futbolçuda vərəm aşkarlanıb.
Xəstəlik aktiv mərhələdə olduğu üçün 36 yaşlı futbolçu bir neçə həftə təcridxanada qalmalı və antibiotik kursu keçməli olacaq. Onun mövsümün sonuna qədər meydana qayıtması gözlənilmir.
Qeyd edək ki, L.Peres 2025-ci ilin fevralında İspaniyanın ikinci liqa komandası "Deportivo"dan PSV-yə transfer olunub. O, Eyndhoven təmsilçisinin heyətində üç oyun keçirib və qol vurmayıb. /"Report"