Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' oyunçuları ''El-Klassiko''ya bu formanı geyinəcəklər

''Barselona'' oyunçuları ''El-Klassiko''ya bu formanı geyinəcəklər

Tarix: 27 Mart 2025 16:10

İspaniya çempionatının 35-ci turu çərçivəsində keçiriləcək "Barselona" - "Real Madrid" oyununda futbolçuların köynəklərində məşhur estrada ulduzu Teylor Sviftin şəkilləri görünəcək.

Sonxeber.net lent.az-a istinadla xəbər verir ki, "Barselona"nın musiqi axını xidməti olan Spotify ilə sponsorluq müqaviləsi çərçivəsində komandanın "Real Madrid" ilə son oyunlardakı köynəklərində Coldplay, Rolling Stones və Drake kimi sənətçilər əks olunub.

Amerikalı superulduzla müqavilənin hələ bağlanmadığı, lakin son mərhələdə olduğu qeyd edilir.

Digər namizədlər Ed Şiran və Travis Scottdur. Amma Teylor Svift "Barselona" oyunçularının formalarında imicinə sahib olmaq istədiyi müğənnidir.

Xatırladaq ki, 27 turun nəticələrinə əsasən, Kataloniya komandası La Liqanın turnir cədvəlində birinci yerdədir.


Etiketlər:  Barselona oyunçuları Klassikoya formanı geyinəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ