Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2025 21:04
2025-ci ilin yanvar-fevral aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 363,9 milyon manatlıq məhsul istehsal edilib.
Sonxeber.net xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 21,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,4 faiz artmış, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,6 faiz azalıb.
Cari ilin ilk 2 ayında əvvəli ilin müvafiq dövrü ilə müqayisədə dərman istehsalı 13.1 % azalsa da, tibbi maskaların istehsalında isə 33 %-dən çox artım qeydə alınıb.
Sözügedən dövrdə 2 mln. 700.2 min manatlıq dərman istehsal olunub. Bununla da 1 mart 2025-ci il tarixinə 629,3 mln. manatlıq hazır dərman ehtiyatı yaranıb.
Tibbi maska istehsalı isə 8 00 minə yüksələrək 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 33.3 %-lik artım göstərib. Və 1 mart tarixinə ölkədə tibbi maska üzrə hazır məhsul ehtiyatı 6.9 milyon ədədə yüksəlib.