Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni “iPhone” smartfonlarının avtonom işləmə müddəti artacaq

Yeni “iPhone” smartfonlarının avtonom işləmə müddəti artacaq

Tarix: 10 Dekabr 2019 16:12

“Apple” korporasiyasının yeni nəsil smartfonlarına daha tutumlu akkumulyatorlar quraşdırılacaq ki, nəticədə qurğular daha uzun müddət avtonom işləyəcək. Bu haqda “Macrumors” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, insayderlərin məlumatına görə, “Apple” şirkəti 2020-ci ildə təqdim ediləcək “iPhone” smartfonlarında ölçüsü kiçildilmiş akkumulyator kontrollerlərindən istifadə edəcək. Koreyanın “ITM Semiconductor” şirkəti batareya üçün qoruyucu komponentin ölçülərinin kiçildilməsinə nail olub. Yeni sistem platasının ölçüsü hazırkı “iPhone”larda istifadə edilən kontrollerlərlə müqayisədə 50% daha kiçikdir. Mütəxəssislər hesab edirlər ki, yenilik nəticəsində akkumulyatorun tutumu və smartfonların avtonom işləmə müddəti artacaq.

 

Kontroller smartfonun batareyasını gərginlik fərqindən və ani enerji boşalmasından qorumaq üçün lazımdır.

 

“Apple”ın məlumatına görə, qabaqcıl “iPhone 11 Pro Max” smartfonu simsiz şəbəkə vasitəsilə video izləmə rejimində 20 saatadək avtonom işləyə bilər.

 

Emil Hüseynov




Etiketlər:  Yeni iPhone smartfonlarının avtonom işləmə müddəti artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ