Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2025 19:45
Əməkdar artist Dilarə Əliyeva müğənni İzzət Bağırovla İzmir səfərindən danışıb.
Sonxeber.net xəbər verir ki, İzzət proqramında qonaq olan aktrisanın onunla bağlı fikirlərindən söz açıb:
"Xasiyyətimdir, nə gəldi bəyənmirəm: su gələr, deyərəm, ey, bu nədir? Üç oğlum da mənim xasiyyətimdədir. Bakıya gələndə Dilarə xanımla telefonla danışırdıq. Dedi ki, yoldaşın nə çəkir səndən? Həyat yoldaşım telefonu götürüb dedi ki, ondan evdə dörd nəfərdir".
D.Əliyeva isə İzzətlə bağlı "Hava limanında İzzəti çözdüm. Bapbalaca çamadan götürüb, yox kimi bir şeydi. Gəlib oturub ki, stol təmiz deyil. Adam hər şeydən narazıdır. Yeməkdən, yatmaqdan, saatdan narazıdır" sözlərini əlavə edib. (Axşam.az)