Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 18:16
Bir müddət öncə "Real"la anlaşdığı iddia olunan "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardın mövsümün sonunda "Real"a keçidi alınmaya bilər.
Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb London klubunun transfer qadağası ilə bağlı FİFA-ya etdiyi müraciətin rədd olunmasıdır. "Zadəgan"lar yay transfer pəncərəsində yeni futbolçular ala bilməyəcəklər ki, bu da bəzi aparıcı oyunçuların satılmamasına gətirib çıxara bilər.
Hazarda yaxın mənbələrdən birinin "AS" nəşrinə ötürdüyü məlumta görə, FİFA-nın qərarı belçikalı ulduzun "Real"a keçidinə problem yaradacaq.
Qeyd edək ki, "Çelsi"nin qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.