Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2025 18:44
Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana təlim-məşq toplanışı keçmək üçün yola düşüb.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Hər iki komanda Daşkənddə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi bu gün başlayıb və aprelin 17-dək davam edəcək. Toplanış çərçivəsində sınaq döyüşləri də təşkil olunacaq.
Bu toplanış, boksçularımızın hazırlığını daha da gücləndirmək məqsədini daşıyır.