Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məhsullarının ölkəmizdə satışına qadağa qoyuldu

Bu məhsullarının ölkəmizdə satışına qadağa qoyuldu

Tarix: 7 Aprel 2025 18:44

Xəbər verildiyi kimi, AQTA tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı cari dövr ərzində ölkəmizə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb və müəyyən olunan konkret faktlar üzrə zəruri tədbirlər görülüb.

Sonxeber.net bildirir ki, aşkarlanan uyğunsuzluqlarla bağlı tənzimləmə tədbirləri çərçivəsində xaricdə fəaliyyət göstərən bəzi şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa tətbiq olunub. 

Belə ki, Ukrayna Respublikasının "Shidzahid", "Zagotservice", "Myasador", "VKP Verbovskoye" MMC istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin "Lutskaya Agrarnaya Kompaniya" şirkətinin dondurulmuş toyuq ayağı məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən ölkəmizə məhsul ixracına qadağalar tətbiq olunub. Həmçinin Belarus Respublikasının SP "Santa Bremor" istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, "Qrodnenskiy Myasokombinat OAO"nun dondurulmuş mal əti, Braziliya Federativ Respublikasının "Masterboi" istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustan Respublikasının "Azat LLC" istehsalçı şirkətinin quzu əti, Rusiya Federasiyasının "Miratorg-Kurs" istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.


Etiketlər:  məhsullarının ölkəmizdə satışına qadağa qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ