Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Dram Teatrı: Aktyorlar arasında olan fakt iclasdan kənar baş verib - YENİLƏNİB

Milli Dram Teatrı: Aktyorlar arasında olan fakt iclasdan kənar baş verib - YENİLƏNİB

Tarix: 8 Aprel 2025 14:55

13:51

"Aprelin 4-də rəhbərlikdən narazı olan aktyorlarla bağlı iclas çağırılmışdı, lakin narazı aktyorlar iclasa gəlmədilər".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından bildirilib.

Qeyd edilib ki, iclasda teatrın aktyorlarından ibarət Bədii Şura üzvləri iştirak edib: "Aktyorlar arasında olan qeyd olunan fakt iclasdan kənar məsələ - tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, hüquq-mühafizə orqanına müraciət faktı qeydə alınmayıb".

Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, Akademik Milli Dram Teatrının Bədii Şurasının iclasında Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Bu zaman mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nura hücum edərək ona yumruq atıblar. Bundan sonra Xalq artisti prokurorluğa müraciət edib.

APA-ya açıqlamasında məsələ ilə bağlı şərh vermək imtina edən Əli Nur teatrın bədii rəhbəri və direktoru ilə danışmağı tövsiyə edib.

APA isə öyrənib ki, insident barədə hüquq-mühafizə orqanlarına hələlik müraciət daxil olmayıb.

11:13

Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında əlbəyaxa dava baş verib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Qaynarinfo"ya sözügedən teatrın aktyorları məlumat veriblər.

Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.

Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.

Bildirilib ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.

Xalq artisti Əli Nur baş verən hadisə ilə prokurorluğa şikayət edib. Hadisə araşdırılır.


Etiketlər:  Milli Dram Teatrı Aktyorlar arasında olan fakt iclasdan kənar baş verib YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ