Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça''nın rəsmisi həbs oluna bilər

''Fənərbağça''nın rəsmisi həbs oluna bilər

Tarix: 10 Aprel 2025 23:20

Ötən mövsüm Türkiyə Super Liqasının 37-ci həftəsində keçirilən "Qalatasaray" - "Fənərbağça" (0:1) derbisindən sonra yaşanan hadisələr zamanı Eray Yazqana söyüş söydüyü iddiası ilə "sarı-lacivərdlilər"in İdarə Heyətinin üzvü Selahattin Bakinin mühakimə olunduğu məhkəmə prosesi davam edir. Klub rəsmisi iki müddətinə azadlıqdan məhrum edilmə təhlükəsi ilə üzləşib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İstanbul 3-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmədə iddiaçı Eray Yazqan və tərəflərin vəkilləri iştirak ediblər.

Hakim iş üzrə əskik sənədlərin tamamlanması üçün məhkəməni təxirə salıb.

Xatırladaq ki, menecerlərin futbolçuları təbrik etmək üçün soyunub-geyinmə otaqlarına girmək istədiklərini və daha sonra meydançaya doğru yollandığını bildirən Yazqan, Selahattin Bakinin meydanı tərk edərkən onun ünvanına təhqiramiz ifadələr işlətdiyini iddia etmişdi.

"Fənərbağça" klubunun prezidenti Ali Koçun Bakiyə xəbərdarlıq etdiyini vurğulayan Yazqan, Bakidən şikayətçi olduğunu bildirmişdi.

Qeyd edək ki, iddianamədə Selahattin Bakinin "təhqir" ittihamı ilə 3 ay 15 gündən 2 il 4 aya qədər həbs edilməsi tələb olunur.


Etiketlər:  Fənərbağçanın rəsmisi həbs oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ