Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasında oyun sayına görə ölkələrin REYTİNQİ

Çempionlar Liqasında oyun sayına görə ölkələrin REYTİNQİ

Tarix: 12 Aprel 2025 14:32

"The Athletic" nəşri UEFA Çempionlar Liqasında (keçmiş adı Avropa Çempionlar Kuboku - red.) ölkələr üzrə klubların oynadığı oyunların statistikasını yayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, reytinqdə İspaniya birinci yerdədir. Bu ölkənin klubları ümumilikdə 1 400 oyun keçirib.

İngiltərə 1 283 oyunla ikinci, Almaniya isə 1 252 görüşlə üçüncü yerdə qərarlaşıb. İtaliya 1 141 oyunla dördüncü, Fransa isə 799 oyunla beşinci yerdədir.

Xatırladaq ki, Çempionlar Liqasının hazırkı qalibi Madridin "Real" klubudur. Keçənilki finalda ispanlar Dortmund "Borussiya"sını 2:0 hesabı ilə məğlub ediblər.


Etiketlər:  Çempionlar Liqasında oyun sayına görə ölkələrin REYTİNQİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ