Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Növbəti beş il ərzində azad olunmuş ərazilərə bu qədər vəsait sərf olunacaq

Növbəti beş il ərzində azad olunmuş ərazilərə bu qədər vəsait sərf olunacaq

Tarix: 15 Aprel 2025 20:48

2026-2029-cu illərdə işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasına 16 milyard manat xərclənəcək.

Sonxeber.net Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin əsaslı xərclərdə xüsusi çəkisi 30,6 faizdir.

"2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4 milyard manat vəsait nəzərdə tutulub. Ötən ilin sonunadək işğaldan azad olunmuş ərazilərdə 10 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilmiş, onların sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən müvafiq vəsait yönəldilib", - məlumatda qeyd edilib.


Etiketlər:  Növbəti beş ərzində azad olunmuş ərazilərə qədər vəsait sərf olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ