Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2025 17:22
İngiltərə nəhəngi "Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haaland yayda klubundan ayrıla bilər.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, futbolçu artıq komanda rəhbərliyi ilə masaya da oturub. "Mançester"dən gedəcəyi siqnalını verən norveçli şərt kimi gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilmələrini qoyub.
Qeyd edək ki, "qol maşını"nın xidmətində "Real Madrid" maraqlanır.
Haaland bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 40 oyunda 30 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Tural