Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vladimir Putin İlham Əliyevi təbrik edib

Vladimir Putin  İlham Əliyevi təbrik edib

Tarix: 3 May 2025 16:27

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Sonxeber.net-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini və həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər.

Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq.

Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm".


Etiketlər:  Vladimir Putin İlham Əliyevi təbrik edib


RƏYLƏR