Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin: Ölkələrimizin vətəndaşları nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər

Putin: Ölkələrimizin vətəndaşları nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər

Tarix: 3 May 2025 16:30

Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini və həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər.

Sonxeber.net xəbər verir ki, bu sözlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Qələbənin 80-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.

Vladimir Putin qeyd edib: "Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq".

"Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm", - deyə Rusiya Prezidenti bildirib.


Etiketlər:  Putin Ölkələrimizin vətəndaşları nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ