Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ansu Fati Çempionlar Liqasının tarixinə düşdü

Ansu Fati Çempionlar Liqasının tarixinə düşdü

Tarix: 11 Dekabr 2019 11:32

“Barselona” futbolçusu Ansu Fati Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”i məğlub etdikləri (2:1) oyunda turnirdə rekorda imza atıb.

Qol.az xəbər verir ki,  qarşılaşmanın 86-cı dəqiqəsində fərqlənən 17 yaş 40 günlük Fati, Çempionlar Liqası tarixində qol vuran ən gənc futbolçu olub. 

Əvvəlki rekord “Russenborq”un futbolçusu Peter Ofori-Qeyeyə aid idi. O, ÇL-də fərqlənərkən 17 yaş 195 günlük idi.

 


Etiketlər:  Ansu Fati Çempionlar Liqasının tarixinə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ