Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Salah 3-cü dəfə ilin futbolçusu seçildi

Salah 3-cü dəfə ilin futbolçusu seçildi

Tarix: 10 May 2025 02:04

Futbol Yazarları Assosiasiyasının (FWA) versiyasına əsasən İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

Sonxeber.net xəbər verir ki, "Liverpul"un futbolçusu Məhəmməd Salah ən yaxşı seçilib. 

Misirli vinger üçüncü dəfə bu mükafata layiq görülüb. 32 yaşlı oyunçu 2017/18 və 2021/22 mövsümlərində də eyni mükafatı alıb.

Qeyd edək ki, Məhəmməd Salahın formasını geyindiyi "Liverpul" İngiltərə çempionluğunu rəsmiləşdirib. 

32 yaşlı futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 35 oyunda 28 qol vurub, 18 qol ötürməsi edib.

Forvard  2017-ci ildən "Liverpul"un formasını geyinir.

 


Etiketlər:  Salah dəfə ilin futbolçusu seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ