Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğandan Putinin təklifinə REAKSİYA

Ərdoğandan Putinin təklifinə REAKSİYA

Tarix: 11 May 2025 15:24

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Sonxeber.net-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, tərəflər Türkiyə-Rusiya münasibətləri, regional və qlobal məsələlərə dair müzakirə aparıblar. Ərdoğan Putinin Rusiya-Ukrayna sülh danışıqlarının İstanbulda yenidən davam etdirilməsi yönündə açıqlamasını məmnuniyyətlə qarşıladığını bildirib, Türkiyənin müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb. Türkiyə Prezidenti sülh üçün bir fürsət pəncərəsinin açıldığını, atəşkəsin təmin olunmasının sülh danışıqları üçün gərəkli mühiti yaradacağını da qeyd edib. /APA


Etiketlər:  Ərdoğandan Putinin təklifinə REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ