Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliya nəhəngi baş məşqçisini göndərdi

İtaliya nəhəngi baş məşqçisini göndərdi

Tarix: 4 Iyun 2025 17:52

"İnter" baş məşqçisi Simone İnzaqe rəsmən komandadan ayrılıb. 

Sonxeber.net klubun saytına istinadən xəbər verir ki, müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.

İtaliyalı mütəxəssisin Səudiyyə Ərəbistanının "Əl Hilal" klubuna keçəcəyi barədə xəbərlər dolaşır.

Xatırladaq ki, Simone İnzaqi 2021-ci ilin yayından Milan "İnter"inin sükanı arxasında idi. O, klubu ilə 1 dəfə A seriyasının, 2 dəfə İtaliya kubokunun, 3 dəfə isə İtaliya Superkubokunun qalibi olub. İki dəfə Çempionlar Liqasının finalına çıxsa da, kuboka yiyələnə bilməyib.

Hüseyn


Etiketlər:  İtaliya nəhəngi baş məşqçisini göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ