Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2025 15:28
Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən bu ölkədə istehsal olunan "Papa mojet" əmtəə nişanlı 23.04.2025-ci il istehsal tarixli sosiska məhsulu partiyasında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb.
Bu barədə Sonxeber.net-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
AQTA bildirir ki, məlumatda qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb və bu əmtəə nişanlı digər məhsul partiyalarının idxalı zamanı aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir.