Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millətlər Liqasının finalında FACİƏ: azarkeş öldü

Millətlər Liqasının finalında FACİƏ: azarkeş öldü

Tarix: 9 Iyun 2025 13:00

Münhendə İspaniya və Portuqaliya milli komandaları arasında keçirilən UEFA Millətlər Liqasının final oyunu zamanı faciə baş verib. Matçın gedişində bir azarkeş həlak olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, tamaşaçı "Münhen Arena"da jurnalist tribunasına yıxılıb. Hadisə qarşılaşmanın əlavə vaxtında baş verib. Fövqəladə yardım briqadasının operativ müdaxiləsinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Azarkeşin yıxılması ilə bağlı hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, matçın əsas və əlavə vaxt 2:2 hesabı ilə başa çatıb. Portuqaliya millisi penaltilər seriyasında İspaniyanı 5:3 hesabı ilə məğlub edib.

Bu nəticə ilə Portuqaliya ikinci dəfə (İlk dəfə 2019-cu ildə) UEFA Millətlər Liqasının qalibi olub.


Etiketlər:  Millətlər Liqasının finalında FACİƏ azarkeş öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ