Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2025 15:22
"Qalatasaray" qapıçı arayışlarını davam etdirir.
Sonxeber.net xəbər verir ki. "sarı-qırmızılar"ın gündəminə son olaraq Mark-Andre ter Ştegen gəlib.
Bu barədə Türkiyənin "Sözcü" nəşri məlumat yayıb.
Almaniyalı çərçivə qoruyucusunun "Barselona" ilə münasibətləri pozulub. Katalon klubu onun bu yay klubdan ayrılmağını istəyir.
Qeyd edək ki, Ter Ştegenin onlarla 3 illik müqaviləsi qalıb.
O, 2014-cü ildən bəri "blauqrana"da çıxış edir və hazırda komandanın kapitanıdır.
Əlavə edək ki, Fernando Muslera 14 ilin ardından "Qalatasaray"ı tərk edib. O, sarı-qırmızılı forma ilə 8 dəfə Türkiyə çempionu olub. /Offsideplus.az