Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Aralarından biri çıxıb mənə güllə vursun, ölüm aradan çıxım''

''Aralarından biri çıxıb mənə güllə vursun, ölüm aradan çıxım''

Tarix: 11 Iyun 2025 14:05

Müğənni Tacir Şahmalıoğlu həmkarı Manaf Ağayevin sözlərinə sərt reaksiya verib.

Sonxeber.net xəbər verir ki, o, Sahib İbrahimovun onun sənətini müdafiə etməsinə Manafın cavabına etiraz edib.

Özünə olunan haqsızlıqlardan danışan Şahmalıoğlu bunları deyib:

"Sahib İbrahimovu çox istəyirəm. Ədalət naminə mənim sənətimi digər oxuyanlara qarışdırmayın deyib. Onu susdurmağa çalışırlar. Susdurulanlarla, susanların hesabına mən və oğlum Konservatoriyanı bitirə bilmədik. Bu ədalətsizlik nə vaxta qədər davam edəcək?

Bunların içindən biri çıxıb güllə vursun mənə, ölüm aradan çıxım. Bunlar da rahat olsunlar, amma mənim ölməyimlə bitir hər şey? İndiyənə qədər oxuduğum hələ 2 əsr də danışılacaq, qulaq asılacaq.

Sahib İbrahimov heç kimin şəxsiyyətinə toxunmadı. Dedi ki, Tacirin tərzi Arif Babayev, Yaqub Məmmədov səpkidə olan oxumaqdır. Mənə olunan haqsızlığa dözmədi. Bəlkə, Sahib İbrahimovun sözü Manafa toxunub. Olmaz ki, onun düz cümləsinə təkan versinlər?

Bu meydan, bu şeytan. Kimin ürəyi istəyir, gəlib mənimlə yarım saat oxusun. Elə yerlərə aparıb çıxardacağam ki, deyəcək mən haradayam?".

Hüseyn


Etiketlər:  Aralarından biri çıxıb mənə güllə vursun ölüm aradan çıxım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ