Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin oyunçusu deportasiya edilə bilər

Millimizin oyunçusu deportasiya edilə bilər

Tarix: 11 Dekabr 2019 16:24

Polşanın “Radomka” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Marqarita Əzizova işçi vizası ilə bağlı problemlə üzləşib.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev bildirib. Onun sözlərinə görə, bu səbəbdən 26 yaşlı idmançını Polşadan deportasiya etmək istəyirlər. AVF məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə və Polşa Voleybol Federasiyasına məktubla müraciət edib.

Qeyd edək ki, ötən mövsüm Polşanın “Pila” klubunun formasını geyinən Əzizova bu yay “Radomka”ya keçib (“Report”).

 


Etiketlər:  Millimizin oyunçusu deportasiya edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ