Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2025 23:02
23:01
Baş məşqçi transfer çalışmalarının davam etdiyini bildirib: "Həmişə olduğu kimi, transfer danışıqları gedir. Bu məsələnin üzərinə çox ciddi düşmüşük. Ola bilər, qarşıdakı günlərdə, ola bilər 10 gündən sonra, yaxud bir aydan sonra reallaşsın. Bu, elə bir prosesdir ki, dərhal həll olunmur. Çalışırıq ki, bir yox, bir neçə transfer reallaşdıraq".
Q.Qurbanov mətbuatda "Qarabağ"la müqaviləsinin bu gün başa çatmasının göstərilməsi ilə bağlı isə deyib: "Hələ müqaviləm var. Səhv eləmirəmsə, 2027-ci ilə kimidir".
Q.Qurbanov Çempionlar Liqasındakı potensial rəqiblərin oyununa köməkçilərindən kimisə göndərmək fikrində olmadığını da qeyd edib.
"Qarabağ"ın çalışdırıcısı "Zaqreb "Dinamo"sunun müdafiəçisi Sami Mmaenin adı transfer siyahınızda var?" sualını belə cavablandırıb: "Ola bilər siyahıda olsun".
-----------
21:13
Futbolçular "Zirə" ilə matçda qəbuledilməz səhvlərə yol verdilər.
Sonxeber.net xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"ilə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Təcrübəli mütəxəssis qarşılaşmanın maraqlı məcrada keçdiyini deyib:
"Baxımlı oyun alındı. Xüsusilə "Zirə" ilk hissədə yaxşı təsir bağışladı. Hətta deyərdim ki, bizdən daha hazırlıqlı idilər. İkinci hissə daha fərqli oldu və ardıcıl qollar vurduq. Bununla belə, səhvlərimiz çox oldu. Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil. Bu da gözlənilən idi. Ümumilikdə pis çıxış etmədik. Lakin bəzi qəbuledilməz səhvlərimiz oldu. Bunu görməyimiz yaxşı idi ki, qarşıda bu səhvlərin üzərində işləyək".
Qeyd edək ki, "Qarabağ" bu gün "Azərsun Arena"da keçirilən yoxlama oyununda "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.