Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həyat yoldaşım mənə görə bütün qızıllarını satdı''

''Həyat yoldaşım mənə görə bütün qızıllarını satdı''

Tarix: 30 Iyun 2025 22:30

Müğənni Əlikram Bayramov həyat yoldaşı Tünzalə xanımdan danışıb.

Sonxeber.net xəbər verir ki, sənətçi "Afaqla 10lar" verilişində xanımının ona görə qızıllarını satdığını bildirib:

"Güclü insan olmaq istəyirsənsə, arxanda yaxşı xanımın olmalıdır. Yıxılırdım, xanımım qoymadı. Çox pis stress keçirtdim. Birdən-birə belə şeyin olmasını gözləmirdim. Yıxılırdım, yoldaşım dayaq oldu mənə. Tünzalə xanıma təşəkkür edirəm. Yeganə insandır ki, mənə görə qızıllarını satdı verdi. Dedi, get oxu, geri qalma"..

Ə.Bayramov övladını itirməsindən bəhs edərkən "O vaxtlar bir övladım var idi. Onu və xanımımı burada qoyub getdim xaricə ki, varlanacağam. Belə yaşaya bilmərəm. Rusiyada 6 ay qaldım, gəldim ki, o biri övladım dünyasını dəyişib" sözlərini söyləyib. (Axşam.az)

 


Etiketlər:  Həyat yoldaşım mənə görə bütün qızıllarını satdı


RƏYLƏR