Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2025 22:00
"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".
Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlilican "Bir gün" proqramında deyib. Şoumen həyatındakı çətinliklərdən danışıb:
"Amma zərimiz çoxdur, zərgərimiz yoxdur. Bizə dəyər verən rejissorlar tapılmadı. Rejissorlar deyir ki, aktyor mənim "qapazaltım" olsun. Allahverdi Yolçuyevin pulu oldu, evini düzəltdirdi. Mən isə 2-3 otaqlı evdə qalmışam. Vaxtında torba-torba pul paylayırdım. Əvəzini güdməmişəm. Qazancımı paylamağı xoşlamışam. Neçə adamın qızını ərə verib, cehizini vermişəm. Oğlunu evləndirmişəm, qəbrinin üstünü götürmüşəm".
Aktyor Allahverdi Yolçuyev isə Q.Əlilicanla bağlı "Hamıya bir milyon verirdi. Neçə adama milyon verdi. Torba-torba pul paylayırdı" sözlərini deyib. (Axşam.az)