Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Beşiktaş” bu futbolçu ilə yollarını ayırdı

“Beşiktaş” bu futbolçu ilə yollarını ayırdı

Tarix: 30 Iyun 2025 16:42

Türkiyənin məşhur futbol klubu "Beşiktaş", konqolu müdafiəçi Artur Masuaku ilə yollarını ayırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə klubun rəsmi açıqlaması yayılıb.

31 yaşlı sol cinah müdafiəçisinin mövcud müqaviləsinin müddəti başa çatıb və klub rəhbərliyi onu yeniləməmək qərarına gəlib.

Xatırladaq ki, Masuaku 2022-ci ilin yayında İngiltərənin "Vest Hem" klubundan transfer olunmuşdu.

Təcrübəli futbolçu, ötən mövsüm "Beşiktaş" forması ilə 41 oyunda meydana çıxıb, 1 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  Beşiktaş futbolçu ilə yollarını ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ