Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2025 19:00
Məşhur aktrisa Şarliz Teron milyarder Ceff Bezos və jurnalist Loren Sançesin toyunu tənqid edib.
Sonxeber.net bu barədə "Page Six" jurnalına istinadən xəbər verir.
Teron 50 milyon dollara başa gələn toy haqqında "Block Party" xeyriyyə tədbirində danışarkən istehza ilə qeyd edib: "Bu qaladakılar Bezosun toyuna dəvət edilməyən yeganə insanlardır".
Zalda gülüş sədaları yüksələndə isə əlavə edib: "Dəvət almadığınıza görə heç özünüzü pis hiss etməyin. Olsun. Çünki onlar zibil kimidirlər, biz isə mükəmməlik. Dünya sözün əsl mənasında yanarkən (bu şişirtmə deyil) bura gəldiyiniz üçün təşəkkürlər".
Aktrisa çıxışını "Yenicə evlənənlər cəhənnəmə getsin" sözləri ilə tamamlayıb.
Qeyd edək ki, Bezos və Sançesin toyu 26-28 iyun tarixlərində Venesiyada baş tutub. Cütlük İtaliyaya getməzdən əvvəl ABŞ-da artıq evlənib. Tədbirə ABŞ prezidenti Donald Trumpın qızı İvanka Trump və əri Cared Kuşner, Opra Uinfri, Bill Qeyts, Leonardo Di Kaprio və digərləri daxil olmaqla 200 nəfərə yaxın məşhur və iş adamı dəvət edilib./qaynarinfo.az