Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2025 10:32
KONKAKAF Kubokunun final matçı baş tutub.
Sonxeber.net xəbər verir ki, ABŞ və Meksika komandaları həlledici görüşdə üz-üzə gəliblər. Matç meksikalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
27-ci dəqiqədə Raul Ximenes və 78-ci dəqiqədə Edson Alvares qələbə qollarını vurub. ABŞ yığmasının yeganə qolunun müəllifi isə Kris Riçards olub.
Qeyd edək ki, Meksika yığması tarixində 10-cu dəfə KONKAKAF Kubokuna yiyələnib.
Hüseyn