Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2025 15:32
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanda "Dila" və Lüksemburqun "Rasinq" komandaları arasında keçiriləcək cavab oyununa təyinat alıb.
Sonxeber.net xəbər verir ki, A.Xudiyev Bosniya və Herseqovinadan olan hakimlər briqadasının işinə qiymət verəcək.
Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən "Tengiz Burjanadze" stadionunda oynanılacaq.