Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2025 09:18
Çox yaxşı oyun alındı. Komandalar iki heyət oynatdı.
Sonxeber.net xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışında Ukrayna "Metallist"inə 4:5 hesabı ilə uduzduqları ilk yoxlama oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, futbolçuları hələ optimal formadan uzaqdırlar. O, rəqibin daha yaxşı hazırlıqlı göründüyünü bildirib:
"Bizi daha sürətli oynamağa məcbur etdilər. Dinamik mübarizə oldu. Bu, onların üçüncü oyunu idi. Komandamızda həm yaxşı, həm də çatışmayan cəhətlər gördüm. Yaxşı cəhət o oldu ki, 5 qol buraxmağımıza baxmayaraq, futbolçular sona kimi mübarizədən əl çəkmədilər. Artıq qarşıdakı matçlara hazırlaşacağıq. Oyun quruculuğunda çatışmazlığımız var. Bunu qaydasına salmağa çalışacağıq. Ümumilikdə komandamdan razı qaldım".
Baş məşqçi Avstriya toplanışının geridə qalan dönəmi barədə də fikirlərini bölüşüb:
"Avstriyadakı ilk 5 günü yaxşı dəyərləndirirəm. Düzdür, futbolçularda biz az yorğunluq var idi, yüklənmə çox olmuşdu. Buna baxmayaraq, hamı həvəslə, məsuliyyətlə hazırlaşır. Bugünkü oyunun nəticəsindən razı qalmasam da, proqramımızın gedişatından məmnunam".