Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2025 16:26
UEFA "Real Madrid"in üç futbolçusuna sanksiya tətbiq edib.
Bu barədə AS nəşrinə istinadla xəbər verir.
Bildirlir ki, sanksiya qərarı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko Madrid" ilə cavab oyunundan sonra baş verən hadisələrə görə çıxarılıb.
Belə ki, Kilian Mbappe 30 min avro, müdafiəçi Antonio Rüdiger 40 min avro, yarımmüdafiəçi Daniel Sebalyos isə 20 min avro cərimələnib.
Xatırladaq ki, futbolçular rəqib azarkeşləri təxribata çəkməkdə ittiham olunurdular.
Bundan əlavə, əgər oxşar hadisə təkrarlanarsa, hər üç futbolçu UEFA-nın himayəsi altında bir oyunluq şərti diskvalifikasiya alacaq. /Oxu.Az