Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2025 16:57
"Azərbaycanlı tanışlarım çoxdur. Onların zalında məşq etmişəm, hətta məni öyrədiblər, kömək ediblər".
Sonxeber.net xəbər verir ki, erməni məşhur UFC döyüşçüsü Arman Sarukyan federasiyanın rəsmi saytına müsahibəsində azərbaycanlılara qarşı olan münasibətindən danışıb.
"Amerikada azərbaycanlı azdır, amma Moskvada və Krasnodarda həmişə əlaqə saxlamışıq. Yəni milliyyətin azərbaycanlı olması mənim üçün önəmli deyil. Rahat gəlib zalımda məşq edə bilər. Təbii ki, yanımda oturub dövləti pisləsə, vəziyyətdən istifadə edib paylaşım etsə, provokasiya yaratsa, soruşa bilərəm: "niyə"? Çünki mən özüm dinə, siyasətə qarışmamışam. Sülh tərəfdarı olmuşam. Siyasətçilərin yox, insanların tərəfində olmuşam. Müharibədə hər iki tərəf itki verir. Axı nəyə lazımdır? Normal yaşaya bilərik". /Oxu.Az