Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2025 22:28
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk İspaniya La Liqasından təklif alıb.
Sonxeber.net bildirir ki, Ukrayna mətbuatı 25 yaşlı vingerə maraq göstərən klubun adını açıqlayıb.
"Xsport.ua" saytı bildirir ki, La Liqa təmsilçisi "Valyadolid" ukraynalı yarımmüdafiəçini icarəyə götürmək istəyib. Lakin "Qarabağ" bu təklifə müsbət cavab verməyib.
Xatırladaq ki, Aleksey Kaşuk keçən mövsüm "Qarabağ"ın heyətində 39 rəsmi oyunda iştirak edərək 8 qol vurub və 7 məhsuldar ötürmə edib.