Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2025 23:32
"Apple" 2027-ci ilin ikinci rübündə foto və video çəkməyə və musiqi dinləməyə imkan verəcək ilk smart eynək modelini kütləvi istehsala keçirməyə hazırlaşır.
Sonxeber.net xəbər verir ki, bunu analitik Ming-Chi Kuo deyib.
Bu yeni cihaz istifadəçilərə toxunma və ya səsli əmrlərdən istifadə etməklə foto çəkməyə, video yazmağa və musiqi dinləməyə imkan verəcək.
Bununla belə, birinci nəsil "Apple" eynəklərinin inteqrasiya olunmuş artırılmış reallıq (AR) ekranının olmayacağı bildirilir.
Analitiklər şirkətin ağıllı eynək modelinin daha uğurlu olacağını proqnozlaşdırırlar.