Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu market yararsız məhsullar SATIRMIŞ

Bu market yararsız məhsullar SATIRMIŞ

Tarix: 9 Iyul 2025 15:40

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus "Hacıoğlu" marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Sonxeber.net xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kiloqram müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin satışda olan yağ məhsullarının saxlanma temperaturuna əməl olunmadığı aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.


Etiketlər:  market yararsız məhsullar SATIRMIŞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ