Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2025 12:56
Bakıda 35 yaşlı şəxs itkin düşüb.
Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.
Qeyd olunub ki, 1988-ci il təvəllüdlü Vasif Rəsman oğlu Hacıyev mayın 19-da təxminən səhər saat 9 radələrində evdən çıxıb, bu günə kimi ondan hər hansı məlumat almaq mümkün olmayıb.
"Xətai rayonu, Ə.Şıxlinski küçəsi, 49 ünvanında yaşayır. 35 yaşı var, subaydır. Əqli cəhətdən qüsurludur. Danışığında və gəzişində də problem var. III qrup əlildir. Mayın 22-də 35-ci Polis Bölməsinə müraciət etmişik.
Təəssüf ki, bu günə kimi heç bir xəbər ala bilməmişik. Onu görənlərdən 050-427-96-34 telefon nömrəsi ilə əlaqə saxlamalarını xahiş edirik", - deyə müraciətdə bildirilir.