Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın futbolçusunun cəzası ilə bağlı yeni qərar

''Qarabağ''ın futbolçusunun cəzası ilə bağlı yeni qərar

Tarix: 12 Dekabr 2019 10:44

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda “Qarabağ” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, AFFA İntizam Komitəsi Premyer Liqanın 12-ci turunun “Sumqayıt”la qarşılaşmasında aqressiv davranışa yol verən “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimliyə 3 oyunluq cəza vermişdi. Apellyasiya Tribunalı  futbolçunun cəzasını 2 matça endirib.

Qeyd edək ki, "Sumqayıt"la görüşdən sonra "Qarabağ" Premyer Liqada daha 2 oyun keçirdiyindən, İsmayıl İbrahimlinin cəza müddəti başa çatıb.

 

 


Etiketlər:  Qarabağın futbolçusunun cəzası ilə bağlı yeni qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ